Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R. Hafizoğlu/
Suriya Xarici İşlər Nazirliyi (XİN) təhlükəsizlik məqsədilə vətəndaşlarını İstanbula səfərdən çəkinməyə çağırır. Bu barədə Trend bazar ertəsi Suriyanın "Sana" agentliyinə istinadən məlumat verir.
Suriya XİN-nin məlumatında deyilir ki, Türkiyə hökuməti öz vətəndaşlarına qarşı güc tətbiq edir ki, bu da demokratiya prinsiplərinə ziddir.