...

Abdullah Gül: Taksim hadisələrindən ismarış alındı

Siyasət Materials 3 İyun 2013 15:13 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Taksim hadisələri ilə bağlı açıqlamasında hakimiyyətin ismarış aldığını və demokratiyanın sadəcə seçki olmadığını bildirib.
Abdullah Gül: Taksim hadisələrindən ismarış alındı

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prezidenti Abdullah Gül Taksim hadisələri ilə bağlı açıqlamasında hakimiyyətin ismarış aldığını və demokratiyanın sadəcə seçki olmadığını bildirib. Bu barədə Trend Türkiyənin "Haber7" telekanalına istinadən məlumat verir.

Prezident Gül qeyd edib ki, bundan sonra hadisələrin təkrar olunmaması üçün hamı öz üzərinə düşəni etməlidir.

Bu gün Taksim hadisələri ilə bağlı açıqlama verən Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkədə sabitliyin pozulmasında maraqlı qüvvələrin olduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, Taksimdəki hadisələrin arxasında Cümhuriyyət Xalq Partiyası da dayanır: "Demokratik yolla hakimiyyətə gələ bilməyən müxalifət qüvvələri ölkədə sabitliyi pozmaq yolu ilə hakimiyyətə gəlmək istəyirlər".

Daha əvvəl Ərdoğan bildirmişdi ki, İstanbulda baş verənlər ideoloji xarakter daşıyır və müxalifət İstanbulda öz təsirini gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti