...

İran Azərbaycanda yaşayan vətəndaşlarını prezident seçkilərində səs verməyə çağırır

Siyasət Materials 10 İyun 2013 12:17 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi Azərbaycanda yaşayan və bu ölkəyə səfər edən iranlıların ölkənin 11-ci prezident seçkilərində səs vermələrini təmin etməyə hazır olduğunu bəyan edib.
İran Azərbaycanda yaşayan vətəndaşlarını prezident seçkilərində səs verməyə çağırır

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İranın Azərbaycandakı səfirliyi Azərbaycanda yaşayan və bu ölkəyə səfər edən iranlıların ölkənin 11-ci prezident seçkilərində səs vermələrini təmin etməyə hazır olduğunu bəyan edib.

Trend səfirliyin rəsmi saytına istinadən xəbər verir ki, səfirliyin mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi bu xəbəri elan edərək Azərbaycanda yaşayan iranlıları 14 iyun 2013-cü il tarixində səhər saat 8:00-dan saat 18:00-dək səfirliyin ikinci korpusunda (Konsulluq şöbəsi) keçiriləcək prezident seçkilərində iştirak etməyə dəvət edib.

Onun sözlərinə görə, səsvermə üçün pasport və ya şəxsiyyət vəsiqəsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti