...

Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 10 İyun 2013 20:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuş və ölkə başçılarının müəyyən etdiyi xətt üzrə inkişaf etdiyi vurğulanmışdır. Hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

Həmçinin, iki ölkə arasında əməkdaşlıq sahələri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti