...

Makey:Belarus Prezidentinin Azərbaycana səfəri payıza planlaşdırılıb

Siyasət Materials 11 İyun 2013 13:48 (UTC +04:00)
Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri payız aylarında planlaşdırılıb.
Makey:Belarus Prezidentinin Azərbaycana səfəri payıza planlaşdırılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir H.Vəliyev/

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri payız aylarına planlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Belarus XİN-in rəhbəri Vladimir Makey bildirib.

Onun sözlərinə görə, səfərin konkret tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Makey bildirib ki, Prezident İlham Əliyevlə ötən gün keçirilən görüşdə ölkə başçısı Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələrin genişlənməsi və dərinləşməsinə imkan yaradacaq ticari-iqtisadi əməkdaşlıq haqqında bir sıra perspektivli layihələrin hazırlığı üzrə tapşırıqlar verib.

Nazir konkret layihələrin artıq mövcud olduğunu bildirib: "Bu birgə layihələrin, müxtəlif sahələrdə kooperasiyaların yaradılması və kənd təsərrüfatının inkişafı və digər məsələlərlə bağlıdır. Hazırda bizim müvafiq nazirliklərimizin, müəsissələrimizin nümayəndələri azərbaycanlı həmkarları ilə sıx şəkildə əməkdaşlıq edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti