...

ABŞ Dövlət Departamenti: Ruhaninin qələbəsi nüvə münaqişəsinin həlli üçün müəyyən imkan yaradıb

Siyasət Materials 19 İyun 2013 08:00 (UTC +04:00)
ABŞ İran xalqının Həsən Ruhaninin qələbəsi ilə nəticələnən prezident seçkilərində seçiminə hörmət edir, lakin eyni zamanda ölkədə insanların söz və sərbəst toplaşmaq azadlığı yolunda ciddi məhdudiyyət var. Bu barədə Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.
ABŞ Dövlət Departamenti: Ruhaninin qələbəsi nüvə münaqişəsinin həlli üçün müəyyən imkan yaradıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir D.Xatınoğlu/

ABŞ İran xalqının Həsən Ruhaninin qələbəsi ilə nəticələnən prezident seçkilərində seçiminə hörmət edir, lakin eyni zamanda ölkədə insanların söz və sərbəst toplaşmaq azadlığı yolunda ciddi məhdudiyyət var. Bu barədə Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.

Onun sözlərinə görə, öz taleyini müəyyən etməkdə məhdudiyyətlərə baxmayaraq, ABŞ İran vətəndaşlarının səsvermədə iştirak etmək qərarını alqışlayır və bu, tərifəlayiqdir.

Amerikalı diplomat bildirib: "ABŞ Prezidentinin iyunun 17-də Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı dediyi kimi, Vaşinqton gələcəyə ümid edir, lakin həm də ehtiyat edir. Həqiqətən də Ruhaninin qələbəsi potensial arxayınlığın əlamətidir, lakin biz sonrakı addımları və hadisələri gözləyə bilmərik".

İslahatçı namizəd Ruhani iyunun 15-də 50,7 faiz səslə İran Prezidenti seçilib.

Ruhani iyunun 17-də keçirdiyi ilk mətbuat konfransında bildirib ki, İranla bütün ölkələr arasında yaxşı münasibətlər qurmağı planlaşdırır.

O, qeyd edib ki, İran-ABŞ əlaqələri qarşılıqlı hörmətə əsaslanmalıdır, lakin İranın nüvə hüququ tanınmalıdır.

Eyr vurğulayıb ki, İranın nüvə proqramını müəyyən edən əsas şəxsin ali lider ayətullah Əli Xamneyi olduğunu yaddan çıxartmaq olmaz.

Onun sözlərinə görə, nüvə danışıqlarının qapısı hələ bağlanmayıb və Ruhaninin seçki kampaniyası zamanı beynəlxalq ictimaiyyətlə münasibətlərin bərpası barədə bəyanatını nəzərə alsaq, ümid var ki, İran bu məsələdə kifayət qədər hazırlıq nümayiş etdirəcək.

Eyr həmçinin deyib ki, İran üçün beynəlxalq münasibətlərin normallaşdırılması yolunda heç bir böyük problem yoxdur: "Münaqişənin həlli üçün təkcə "Nüvə silahının yayılmaması haqqında" Müqavilə əsasında öhdəlikləri icra etmək və şəffaflıq qalır".

Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib ki, Ruhaninin qələbəsi bu məsələdə yeni imkan yaradır və əgər İran bu imkandan istifadə edə bilsə, ABŞ İran üçün yaxşı tərəfdaş ola bilər.

Nüvə mübahisələrinə son qoymağa həvəsləndirmək məqsədilə İran üçün qısamüddətli paketin təşviqi imkanı barədə suala cavab verən Eyr deyib ki, İranın nüvə proqramı ətrafında yaranan gərginlik yalnız Tehran və Vaşinqtona deyil, beynəlxalq ictimaiyyətə də toxunur.

Eyr bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı bir sıra sanksiyalar qəbul edib: "Bu, qlobal problemdir və beynəlxalq ictimaiyyət birmənalı olaraq bəyan edir ki, İran nüvə məsələsində əməkdaşlıq etməlidir".

Onun sözlərinə görə, ABŞ İran ilə həm "P5+1" formatında, həm də birbaşa ikitərəfli danışıqlara hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti