...

Hakim partiya: vahid namizəd müxalifətin irsi xəstəliyidir

Siyasət Materials 19 İyun 2013 13:31 (UTC +04:00)
Vahid namizəd müxalifətin irsi xəstəliyidir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Hakim partiya: vahid namizəd müxalifətin irsi xəstəliyidir

Azərbaycan, Bakı, 19 iyun / Trend, müxbir M.Əliyev/

Vahid namizəd müxalifətin irsi xəstəliyidir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib:

"Kənar qütblərin diktəsi ilə yaradılmış qondarma "Milli Şura" müxalifətin boynuna keçirilmiş yeni buxovdur. Çünki bu günə qədər müxalifətin qatıldığı bütün seçki prosesləri öncəsi yaratmış olduğu bütün qondarma təşkilat və birliklər onların arxivində var idi".

Onun sözlərinə görə, müxalifətin arxivində "İctimai palata", "EL" hərəkatı və digər adlarla yaranmış qondarma birliklər ola-ola Rüstəm İbrahimbəyovun, qeyri-milli birisinin "Milli Şura" adı altında nə məqsəd güdməsi də hər kəsə bəllidir:

"Bəlli olmayan odur ki, 20 ildən artıqdır müxalifət heç bir birlik formatında vahid namizəd məsələsini həll edə bilməyib. Necə ola bilər ki, indiki halda onlar 20 illik hirslərini bir İbrahimbəyova qurban verələr. Bu absurd məsələdir. Vahid namizəd məsələsi müxalifətin irsi xəstəliyidir ki, bunu R.İbrahimbəyov kimi naşı bir adamın həll etməsi mümkün deyil".

O qeyd edib ki, son günlər qondarma şura ətrafında vahid namizəd məsələsi ilə bağlı aparılan danışıqlar yersizdir və əlavə onların özləri üçün başağrısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti