...

Egemen Bağış: Ankara Almaniyanın Türkiyə və Aİ arasında danışıqların irəliləyişinə mane olmasını cavabsız qoymaycaq

Siyasət Materials 25 İyun 2013 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A. Tağıyeva/

Ankara Almaniyanın Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqların yeni mərhələsinə mane olmaq üçün atdığı addımları cavabsız qoymayacaq. Trend-in çərşənbə axşamı "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

Nazirin sözlərinə görə, Türkiyə və Almaniyanın bir-birlərinə ehtiyacı var, əgər Almaniya Türkiyə və Aİ arasında danışıqların yeni mərhələsinə keçidini tam əngəlləyərsə, bu, ədalətsiz qərar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti