...

Səfirlik Misirdəkı Azərbaycan vətəndaşlarını ehtiyatlı olmağa çağırır

Siyasət Materials 25 İyun 2013 17:35 (UTC +04:00)
Misirdə yaşanan son siyasi hadisələr və 30 iyun tarixində keçirilməsi planlaşdırılan kütləvi nümayişlərlə əlaqədar olaraq, Azərbaycanın bu ölkədəki səfirliyi Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı təqdirdə, şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.
Səfirlik Misirdəkı Azərbaycan vətəndaşlarını ehtiyatlı olmağa çağırır

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir S.Əhmədova/

Misirdə yaşanan son siyasi hadisələr və 30 iyun tarixində keçirilməsi planlaşdırılan kütləvi nümayişlərlə əlaqədar olaraq, Azərbaycanın bu ölkədəki səfirliyi Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı təqdirdə, şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsi məsləhət görülür.

Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısamüddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.

Hər hansı bir zərurət yarandığı təqdirdə, vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 nömrəli "qaynar xətlər" vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti