Azərbaycan, Bakı, 26 iyun /Trend/
Rusiyanın ABŞ MKİ-nin sabiq əməkdaşı Edvard Snoudenin ekstradisiyası üçün hüquqi əsasları var. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Administrasiyasından deyiblər.
Məlumata görə, ABŞ Rusiyadan Snoudenin ekstradisiyasını xahiş edib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Keytlin Heyden bildirib ki, Snoudenin ekstradisiyasını əsaslandıran hüquq iki ölkə arasında imzalanmış ekstradisiya haqqında sazişdir.
O, əlavə edib ki, əgər sazişə əməl edilərsə, Rusiya ilə ABŞ arasında qanunvericilik sahəsində əməkdaşlıq dərinləşəcək.