...

Əhməd Davudoğlu və Sergey Lavrov Suriya problemini müzakirə ediblər

Siyasət Materials 26 İyun 2013 23:30 (UTC +04:00)
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.
Əhməd Davudoğlu və Sergey Lavrov Suriya problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, danışıq Lavrovun istəyi ilə baş tutub.

Nazirlər, əsasən, Suriyadakı vəziyyəti müzakirə ediblər. Həmçinin, Qətərin paytaxtı Dohada həftə sonu keçirilən "Suriyanın dostları" qrupunun görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti