...

Xorvatiya rəsmən Avropa Birliyinin üzvüdür

Siyasət Materials 1 İyul 2013 04:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Bu gündən Xorvatiya rəsmən Avropa Birliyinin 28-ci üzvüdür. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, həftənin ilk iş günündən Xorvatiya nümayəndələri AB orqanlarında fəaliyyət göstərməyə başlayacaq.

Məlumatda deyilir ki, Xorvatiyadan Neven Mimiça Avropa Komissiyasında insan hüquqları üzrə yer alacaq. Bu günə qədər isə o, Xorvatiyanın baş nazirinin müavini işləyib.

Qeyd edək ki, Avropa Parlamentində Xorvatiyanın 12 yeri olacaq. Həmin yerləri isə aprelin 14-də AP-yə keçirilmiş seçkilərdə müsbət nəticə göstərmiş partiyaların nümayəndələri tutacaq.

2000-ci ildən Xorvatiyada işləyən AB-nin nümayəndəliyi 30 iyun tarixində bağlanıb və onun əvəzinə Avropa Komissiyasının nümayəndəliyi açılıb.

Bununla da, Xorvat dili Avropa Birliyinin 24-cü rəsmi dili olacaq.

Xəbər lenti

Xəbər lenti