...

Elnur Aslanov: Ermənistan rəhbərliyi Moldova Ombudsmanına göstərdiyi münasibətlə dövlət terrorizmini yeni bir mərhələyə qaldırdı (FOTO)

Siyasət Materials 8 İyul 2013 11:34 (UTC +04:00)
Moldova Ombudsmanın Ermənistanda üzləşdiyi çətinliklər bilavasitə Ermənistanda ədalətə, haqq sözünə hansı münasibətin olduğunun bariz nümunəsidir.
Elnur Aslanov: Ermənistan rəhbərliyi Moldova Ombudsmanına göstərdiyi münasibətlə dövlət terrorizmini yeni bir mərhələyə qaldırdı (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

Moldova Ombudsmanın Ermənistanda üzləşdiyi çətinliklər bilavasitə Ermənistanda ədalətə, haqq sözünə hansı münasibətin olduğunun bariz nümunəsidir. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

PA rəsmisinin sözlərinə görə, əgər bir dövlətin Ombudsmanı çox haqlı olaraq bir məsələyə münasibət bildirirsə, Ermənistanda ona qarşı təzyiqlər, təqiblər, hətta ölümlə hədələr baş verir. Bu, əvvəllər də Ermənistanda baş verirdi: "Əvvəllər Ermənistanda bu ölkənin vətəndaşı olan insanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe bildirdikləri zaman onları hər şeydən təcrid edirdilər. İstər KİV-lərdən, istər ictimai-siyasi həyatdan, ölkədən çıxmağa imkan vermirdilər və nəticədə həmin insanlar adi təhlilçilərdən, tədqiqatçılardan sadəcə ev həbsində yaşayan şəxslərə çevrilirdilər"

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Moldova Ombudsmanı ilə, başqa ölkənin yüksək vəzifəli şəxsi, diplomatik statusu olan bir insanla eyni bir hərəkəti etmək istəyirdi: "Bu o deməkdir ki, həmin ölkədə ədalətli yanaşmadan danışmaq qeyri-mümkündür. Bundan sonra Ermənistan öz simasını bir daha göstərdi. Həmin insanı ölkədən buraxmamağa qərar verdi. Təsəvvür edin, bir ölkənin Obudsmanını Xocalı soyqırımı ilə bağlı Ermənistanda söylədiyi fikirlərə görə, ölkəni tərk etməyə buraxmırlar. Bu o zaman baş verir ki, artıq dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyır".

PA rəsmisi bildirib ki, bugünki Ermənistan rəhbərliyi Moldova Ombudsmanına göstərdiyi münasibətlə dövlət terrorizmini yeni bir mərhələyə qaldırdı.

Aslanov hesab edir ki, Aropa təsisatları bu məsələdə susmamalıdırlar: "Avropa təsisatları göstərməlidirlər ki, insan haqları onlar üçün dəyərdir, təzyiq metodu deyil. Bu baxımdan dəyərdir ki, əgər bir ölkədə bir insanın, xüsusilə digər dövlətin təmsilçisinin hüquqları pozulursa, o zaman Avropa parlamentinin təmsilçiləri buyursunlar, yığışsınlar və məsələ ilə öz mövqelərini ortaya qoysunlar. O, zaman istər Avropa Birliyi, istər Avropa Şurası və ümumiyyətlə Qərb dünyası bir daha göstərər ki, istənilən məsələdə onlar ikili standartlarla deyil, bilavasitə insan haqlarının yüksək dəyərin tərəfdarlarıdırlar və bilavasitə bunun üçün mübarizə aparan şəxslərdirlər. Biz onlardan bu addımı gözləyəcəyik. Biz bu addımı onlardan ona görə gözləyəcəyik ki, çox təəssüflər olsun ki, uzun illər ərzində Dağlıq Qarabağ məsələsini kənara qoyub, daxili məsələlərlə bağlı mövqe bildirməyə hər zaman razıdırlar. Biz ona görə onlardan mövqe gözləyəcəyik ki, artıq haqq-ədalətin yer tutması üçün zəmin yaranıb və Avropa parlamentarilərinin, Avropanın demokratik təsisatlarının bununla bağlı öz mövqelərini ortaya qoyması zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti