...

YAP gəncləri moldovalı ombusdmana dəstək olub (FOTO)

Siyasət Materials 9 İyul 2013 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi İrəvanda cəsarətli bəyanatla yadda qalan moldovalı ombusdman Aureliya Qriqoriyaya dəstək olub.

Trend-in məlumatına görə, bununla bağlı bu gün YAP GB-nin ofisində birliyə üzv olan gənclərlə görüş keçirilib.

Moldovalı ombudsmanın Ermənistanda keçirilən beynəlxalq konfransdakı cəsarətli addımını yenidən gənclərin diqqətinə çatdıran YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Moldovanın parlament vəkili Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faiznin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyib və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb.

S.Orucov onu da qeyd edib ki, ombudsmanın mövcud çıxışına görə, onun şəxsi "Facebook" səhifəsinə təhdid mesajları gəlməyə başlayıb: "Onun parlamentdəki çıxışı həyatı üçün böyük risklər yaradıb. Əsas məqsədimiz ombudsmanın sosial şəbəkəsindəki ünvanına təşəkkür məktubu yazmaqdır. Haqq səsimizi dünya ictimaiyyətinə çatdıran insanlara qarşı hər zaman diqqətcil olmalıyıq. İnanıram ki, bütün türk dünyası həmin xanımı dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək. Çünki o, erməniləri tribunadan işğalçı dövlət adlandırıb. Buna görə də ombudsmanın hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin beynəlxalq təşkilatların qəbul etdiyi qərarları azad şəkildə deməsi tam normaldır".

Tədbir yekunlaşdıqdan sonra YAP GB-nin üzvləri kompüter otağında ombudsmanın şəxsi "Facebook" səhifəsinə öz rəylərini yazıblar.

Xatırladaq ki, İrəvandakı beynəlxalq konfransda Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çox davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti