Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyəyə məxsus ərazilərə Ermənistanın iddiaları rəsmi Yerevanın da üzv olduğu BMT və ATƏT kimi beynəlxalq təşkilatların prinsiplərinə ziddir. Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Qeyd olunur ki, Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları sadəcə qeyri-ciddilikdir.
Məlumatda bildirilir: "Hamı aydın şəkildə anlamalıdır ki, heç kəs Türkiyədən torpaq tələb edə bilməz".
Qeyd edək ki, iyul ayının 5-də Yerevanda keçirilən Dünya erməni hüquqşünasların forumunda Ermənistanın baş prokuroru Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır.