Azərbaycan, Bakı, 15 iyul /Trend/
Vaçe Qabrielyan Ermənistan hökuməti aparatının rəhbər naziri təyin edilib. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Ermənistan Prezidenti Serj Sarkisyan bu barədə müvafiq fərman imzalayıb. Fərmana görə, Qabrielyan hökumət aparatının rəhbəri vəzifəsindən azad edilir.
Aparatın rəhbər naziri vəzifəsi ölkədə cari il fevralın 18-da keçirilmiş prezident seçkilərindən sonra hökumətin yenidən strukturlaşdırılması nəticəsində yaranıb.