...

Müsavat Partiyası başqanının müşaviri: Milli Şura prezidentliyə vahid namizəd məsələsində öz-özünü işə salıb

Siyasət Materials 29 İyul 2013 14:54 (UTC +04:00)
Milli Şura prezidentliyə vahid namizəd məsələsində özü-özünü işə salıb. Müsavat Partiyası deyəndəki, burada riskli hərəkətlər var, Milli Şurada təmsil olunan digər partiyalar birmənalı şəkildə bu açıqlamanı yanlış adlandırırdılar, müxtəlif yerə yozanlar da var idi. Amma indi zaman göstərir ki, 2 ay yarımdan sonra seçkilərdir, lakin Milli Şuranın vahid namizədinin Azərbaycana gəlişi sual altındadır.
Müsavat Partiyası başqanının müşaviri: Milli Şura prezidentliyə vahid namizəd məsələsində öz-özünü işə salıb

Azərbaycan, Bakı, 29 iyul / Trend, müxbir M.Əliyev/

Milli Şura prezidentliyə vahid namizəd məsələsində öz-özünü işə salıb. Müsavat Partiyası deyəndəki, burada riskli hərəkətlər var, Milli Şurada təmsil olunan digər partiyalar birmənalı şəkildə bu açıqlamanı yanlış adlandırırdılar, müxtəlif yerə yozanlar da var idi. Amma indi zaman göstərir ki, 2 ay yarımdan sonra seçkilərdir, lakin Milli Şuranın vahid namizədinin Azərbaycana gəlişi sual altındadır. Bunu bazar ertəsi Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy deyib ki, bu, müxalifətin seçkidə hansı formada iştirakının effektiv olacağını şübhə altına qoyur: "Müxalifətin bugünkü durumunda bir xaos görürəm. Hesab edirəm ki, daha ciddi şəkildə, effektiv metodlar ortaya qoyulmalı idi, təəssüf ki, bu, baş vermədi. Son qərar olaraq Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanılıb".

Müsavat rəsmisi deyib ki, siyasətlə maraqlanan hər bir Azərbaycan vətəndaşının qarşısında bir sual durur: Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, nələr baş verəcək? "Bəziləri müxalifəti seçkiləri boykot etməyə çağırırlar, lakin siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. Yəni demokratik seçki mühitinin bərqərar olunması üçün mübarizə aparmaq lazımdır. Təəssüf ki, indi müxalif düşərgədə bir qeyri-müəyyənlik hökm sürür".

S.Əlisoy bildirib ki, hətta R.İbrahimbəyov bundən sonra Azərbaycana gələ bilsə, vergi məsələləri həll olunsa belə, seçki kampaniyası ilə bağlı sıx qrafik yaranacaq: "Müxalifətin ölkə boyu seçicilərlə görüşüb, onların nə istədiyini, xalqa nə verəcəklərini isbatlamağa zamanı olmayacaq".

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya gəlməsi ilə bağlı məsələ təxirə salındı. Rüstəm İbrahimbəyov iyunun 30-da Gürcüstanın paytaxtı Tiflis şəhərinə gedəcək. Milli Şuranın rəhbərliyinə daxil olan təxminən 15 nəfər siyasətçi də Tiflis şəhərinə gedərək orada görüş keçirməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti