...

Gürcüstan və Azərbaycan fövqəladə hallar sahəsində saziş imzalayıblar

Siyasət Materials 1 Avqust 2013 15:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan və Azərbaycan fövqəladə hallar sahəsində fəsadların qarşısının alınması, məhdudlaşdırılması və yüngülləşdirilməsi üzrə iki ölkənin hökumətləri arasında əməkdaşlığa dair saziş imzalayıblar.

Trend-in məlumatına görə, sənədi Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili və Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov imzalayıblar.

K.Heydərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana ikigünlük səfərə gəlib.

Tərəflər imzalanma mərasimindən sonra görüş keçiriblər və fövqəladə hallar barədə xəbərdarlıq və onların fəsadlarının aradan qaldırılması sahəsində ikitərəfli münasibətləri müzakirə ediblər.

K.Heydərov Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinin təlim bazasına baş çəkəcək və nümunəvi təlimləri izləyəcək. O, həmçinin 112 - Təcili və təxirəsalınmaz yardım mərkəzinin işi ilə tanış olacaq.

Səfər çərçivəsində nazir Batumidə də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti