...

Məzahir Pənahov: Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Avqust 2013 13:11 (UTC +04:00)
Azərbaycan miqyasında Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik.
Məzahir Pənahov: Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan miqyasında Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik. Siz, DSK sədrləri, qanunvericliyin tələblərinə uyğun bütün addımları atmalısınız ki, Azərbaycan ictimaiyyətinin seçimini düzgün, obyektiv şəraitdə ortaya qoya bilək. Artıq bununla bağlı prosesllərə start verilmiş hesab edə bilərik. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun sona çatması ilə bağlı tədbirdə bildirib.

MSK sədrinin sözlərinə görə, artıq DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var.

MSK sədri əlavə edib ki, bu kurslardan sonra da beynəlxalq qurumlarla birgə DSK sədrlərinin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi davam etdiriləcək. Səsvermə günü səsvermənin Seçki Məcəlləsinin tələblərinə cavab verməsi məqsədi ilə seçki komissiyaları üçün treninqlər keçirilək. Treninqlərdə səslərin sayılması, protokollaşdırılması və s. məsələlər əyani şəkildə onlara nümayiş etdiriləcək. "Seçkilərə hazırlıq və bu istiqamətdə lazım olan səviyyədə addımların atılması, seçicilərin, namizədlərin Seçki Məcəlləsində nəzərdə tutulan səllahiyyət və hüquqları çərçivəsində həyata keçirilməsi aşağı seçki komissyalarının vəzifə borcudur. Çünki seçkilər haqqında təəssürat məhz seçki məntəqələrində səsvermənin təşkil edilməsi əsasında yaranır."

MSK sədrinin sözlərinə görə, milyonlarla insanın işitrak etidiyi prosesi ideal şəraitdə həyata keçirmək mümkün deyil və bu vaxta kimi də mümkün olmayıb. Onun fikrincə, bu və ya digər formada xoşagəlməz halların baş verməsindən heç kim sığortalanmayıb. Amma seçki mənqəqələrinin vəzifəsi məhz ondan ibarətdir ki, lazımi maarifləndirmə işləri aparsın və ölkə üzrə seçki komissiyalrının təxminən 30 minə yaxın üzvü öz vəzifəsinin öhdəsindən peşəkarcasına gələ bilsin: "Seçki Məcəlləsinin tələbləri müzakirə olunmadan yerinə yetirilməlidir. Biz buna nail ola bilsək, Azərbaycan xalqı qarşısında vəzifəmizi tam yerinə yetirməklə yanaşı, ölkəmizin də qarşısında öhdəliyimizi yerinə yetirmiş olarıq."

M.Pənahov qeyd edib ki, səsvermə zamanı nəticələrin qanuni şəkildə mərkəzə ötürülməsi üçün məntəqə seçki komissiyalarına hərtərəfli texniki şərait yaradılıb. Bunun qarşılığında kimsə öz vəzifəsini yerinə yetirə bilməsə, bu, bağışlanmaz səhv olacaq.

Daha sonra MSK sədri DSK sədrlərinə kurslarda iştiraka görə müvafiq sertifikatlar təqdim edib.

MSK sədrinin müavini Natiq Məmmədov əlavə edib ki, MSK-da 5 gün davam edən tədbirin davamı olaraq avqustun 5-dən 7-dək bölgələrdə DSK və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslışdırılmış kurslar təşkil ediləcək. Bu kurslarda MSK-nı 22 qrup təmsil edəcək. Hər bir qrupun üzvü 5-6 dairədə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti