...

Ərdoğan Mursinin azad edilməsinin vacibliyini önə çəkib

Siyasət Materials 6 Avqust 2013 23:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Böyük Britaniyanın baş naziri Devid Kameronla telefon danışı olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, danışıq zamanı başda Suriya və Misir olmaqla, regional məsələlər müzakirə edilib.

Məlumatda deyilir ki, Ərdoğan Suriya məsələsində beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının ciddi addımlar atmalı olduğunu önə çəkib.

Baş nazir eyni zamanda, Misirdə baş verənlərə toxunaraq deyib ki, bu ölkədə demokratiyanın inkişafı naminə Mursi başda olmaqla, bütün siyasi məhbuslar azad edilməlidir.

Qeyd edək ki, Ərdoğanın Suriya və Misir məsələsinə görə, Rusiya Prezidenti Vladimir Putin, Almaniyanın kansleri Angela Merkel və Fransanın Baş naziri Jan-Mark Ayrault ilə telefon danışığı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti