...

Obama Suriya üzrə səsvermənin təxirə salınmasını istəyir

Siyasət Materials 11 Sentyabr 2013 01:49 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama senatorlarla qapalı görüşdə Senatı münaqişənin mümkün diplomatik həlli məsələsinə baxılanadək Suriyaya hərbi müdaxilənin bəyənilməsi üzrə səsverməni təxirə salmağı çağırıb.
Obama Suriya üzrə səsvermənin təxirə salınmasını istəyir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

ABŞ Prezidenti Barak Obama senatorlarla qapalı görüşdə Senatı münaqişənin mümkün diplomatik həlli məsələsinə baxılanadək Suriyaya hərbi müdaxilənin bəyənilməsi üzrə səsverməni təxirə salmağı çağırıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Politico" qəzeti qapalı görüşdəki mənbəyə istinadən yazır.

Bundan əvvəl Rusiya Suriyaya kimyəvi silahı beynəlxalq nəzarət altında verməyi təklif etmiş və ABŞ bu təklifə baxmağa razılıq vermişdi.

Qeyd edək ki, Senatda Suriyaya hərbi müdaxilə üzrə planlaşdırılmış ilk səsvermə bazar ertəsi gözlənilmədən təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti