...

Baş Prokurorluq Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq yayıb

Siyasət Materials 21 Sentyabr 2013 14:44 (UTC +04:00)
Milli Şuranın 2013-cü il sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb.
Baş Prokurorluq Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq yayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Milli Şuranın 2013-cü il sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, mitinq zamanı toplantının təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti