...

Allahşükür Paşazadə Qazaxıstana gedir

Siyasət Materials 23 Sentyabr 2013 15:52 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Qazaxıstana səfərə yola düşür.
Allahşükür Paşazadə Qazaxıstana gedir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Qazaxıstana səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd sentyabrın 25-də Astanada keçiriləcək "Qazaxıstan Respublikası Prezidentinin sivilizasiyaların dialoqunda rolu" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Səfər Qazaxıstan Parlament Senatının sədri Kayrat Maminin dəvəti əsasında həyata keçirilir. Konfrans Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunub.

Astana sammitlərinin mütəmadi iştirakçısı olmuş A.Paşazadə konfransın Rəyasət Heyətində təmsil olunur. QMİ sədri konfransın açılış mərasimində çıxış edəcək.

Sentyabrın 26-dək davam edəcək səfər müddətində Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşləri, o cümlədən, Astana Sammitlərinin Təşkilat Komitəsinin sədri, Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbulu nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti