"Total Politics" jurnalı: Azərbaycan - 10 il boyunca canlanma: təşəbbüslər gerçək olarkən

"Total Politics" jurnalı: Azərbaycan - 10 il boyunca canlanma: təşəbbüslər gerçək olarkən

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Son 10 ildə Azərbaycanda infrastrukturun inanılmaz dərəcədə genişləndiyi və ümumilikdə ölkənin inkişaf etdiyi müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın nüfuzlu "Total Politics" jurnalında dərc edilən məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycanın son 10 ildə qazandığı nailiyyətlər 2003-cü ildən etibarən ölkə rəhbərliyinin siyasətinin gələcək nəsillərin rifahına yönəlməsini bariz şəkildə təsdiq edir.

Məqalədə bildirilir ki, xarici müşahidəçilər, ekspertlər və siyasətçilərin dünya KİV-də dərc edilən rəylərinə əsasən, ölkədə siyasi hakimiyyət Azərbaycan və dünya dövlətləri arasında qüvvələr balansını saxlamaqla çoxşaxəli xarici siyasət yürüdən güclü Prezidentin etibarlı əllərindədir: "Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ictimai rəy sorğusu keçirən yerli və xarici şirkətlər Prezidentin ictimai reytinqinin ən azı 80 faiz olduğunu müəyyənləşdiriblər".

Nəşrin yazdığına görə, ölkənin dinamik inkişafı, sabitlik və islahatlar belə yüksək reytinqin yaranmasına səbəb olur: "Son 10 ildə Azərbaycan vətəndaşlarının həyata yeni münasibəti formalaşıb: ictimai rəy sorğuları göstərir ki, əhali gələcəyə daha ümidlə baxır, çünki insanlar artıq öz ölkələri ilə fəxr edirlər".

Məqalədə deyilir: "2003-cü ildə Azərbaycan əhalisinin 49 faizi yoxsulluq səviyyəsində yaşayıb. Artıq 2008-ci ildə bu göstərici xeyli azalaraq 16 faiz, sonra isə 6 faiz təşkil edib ki, bu da Prezident İlham Əliyevin öz ölkəsini inkişaf etdirmək məqsədinə çatmasının bariz təsdiqidir".

Nəşrin qənaətincə, Azərbaycan dinamik inkişaf edən digər dövlətlərdən fərqli olaraq sosial stratifikasiya prosesindən yan keçə bilib: "Əksinə, ölkədə orta təbəqə yaranıb. Bununla yanaşı, intensiv inkişaf sayəsində Azərbaycanın əhəmiyyəti dünya səviyyəsində hiss ediləcək dərəcə artıb".

Məqalədə qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin əlil şəxsləri, müharibə veteranları və jurnalistlər üçün yaşayış binalarının tikintisi bir növ unikal hadisədir. Azərbaycan keçmiş sovet məkanında belə səmərəli sosial siyasətin aparıldığı yeganə ölkədir. Yalnız Azərbaycanda azgəlirli sosial qruplar dövlətdən avtomobil alırlar. Ölkənin 3 500-dən çox vətəndaşı artıq dövlətdən avtomobil əldə edib".

Məqalədə yazılır ki, həmçinin ölkədə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" icra olunur: "Bu proqrama əsasən, təqribən 2 mindən artıq tələbə nüfuzlu xarici ali məktəblərdə təhsil almağa göndəriləcək. Proqram Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir".

Məqalədə deyilir: "Azərbaycanın bütün şəhərlərində irimiqyaslı tikinti işləri aparılır. Yeni müəssisələr yaradılır, ölkənin qeyri-neft sektoru genişləndirilir. Təkcə 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb, ölkədə 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə 2004-2008 və 2009-2013-cü illərdə, yəni regionların sosial-iqtisadi inkişafının iki dövrü ərzində Azərbaycanda 1,1 milyon iş yeri yaradılıb".

Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti milli jurnalistikanı da diqqətdən kənarda saxlamayıb. Belə ki, iyulun 22-də qeyd edilən Milli Mətbuat Günündə 156 jurnalist dövlətdən mənzil alıb.

Britaniya nəşri bu 10 il ərzində Azərbaycanın uğurlarını nəzərə almaqla aşağıdakı vacib məqamları qeyd edir:

1. Azərbaycan kosmik ölkəyə çevrilib. 2012-ci ilin fevralında Azərbaycanın ilk "Azerspace-1" peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan kosmosa buraxılıb. Növbəti 15 il ərzində peyk Azərbaycana 600 milyon dollar həcmində gəlir gətirəcək. İki ildən sonra ikinci telekommunikasiya peykinin buraxılması planlaşdırılır. Bundan başqa, tədqiqat (o cümlədən kənd təsərrüfatı və meteorologiya sahələri üzrə) məqsədilə daha 4 peyk buraxılacaq.

2008-2012-ci illərdə Azərbaycan iqtisadiyyatında İKT-nin payı 5 dəfə artıb. İKT sahəsinin inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olacaq. Ölkə bu sektorda strateji inkişaf məqsədlərini müəyyənləşdirib: belə ki, 2020-2025-ci illərdə Azərbaycanın İKT sahəsindən illik gəlirləri neft-qaz sektorundan əldə edilən gəlirlərə bərabər olacaq. Azərbaycanda 2020-ci ilə İKT sahəsindən ildə 9 milyard dollar gəlir əldə etmək qarşıya məqsəd qoyulub.

2. Azərbaycanın yüksək texnoloji müdafiə sənayesi "sıfır"dan yaradılıb. Hazırda ölkədə təqribən 21 müəssisə fəaliyyət göstərir və həmin müəssisələr pilotsuz uçuş aparatları, zirehli maşınlar, qumbaratanlar və s. daxil olmaqla müdafiə təyinatlı 750 növ məhsul istehsal edir.

3. Dünya maliyyə-iqtisadi böhranı dövründə "Fitch Ratings", "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Reytinq proqnozunun "Sabit"dən "Müsbət"ədək artırılması dövlət borcunun az həcmdə olması, əlverişli ortamüddətli və uzunmüddətli büdcə və xarici perspektivlərlə bağlı olub. Ölkə dünyada iqtisadi eniş dövründə həqiqətən də unikal dinamik inkişaf nümunəsi nümayiş etdirib. Azərbaycan 2009-cu ildə MDB ölkələri arasında iqtisadi artım tempinə görə birinci olub. Ölkə 10 il ərzində ÜDM-in artım tempinə görə müstəsna uğurlara imza atıb. Belə ki, Azərbaycan ÜDM-i 2003-cü ildən 3,5 dəfə artaraq 2012-ci ildə 68,8 milyard dollara çatıb.

4. Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında MDB ölkələri arasında birinci, dünyada isə 46-cı olub. Azərbaycan Dünya Bankının 2008-ci il üçün "Doing Business" hesabatında dünyada bir nömrəli islahatçı kimi tanınıb. Əlamətdar haldır ki, söhbət biznesin inkişafı və iqtisadiyyatın liberallaşması üçün şərait yaradan qeyri-neft sektorundakı islahatlardan gedir.

5. Azərbaycan MDB ölkələri arasında ilk dəfə olaraq XX əsrin 90-cı illərində ölkə iqtisadiyyatının əsas donoru olan Beynəlxalq Valyuta Fonduna borclarını tam ödəyib. Qeyd edək ki, bu, 2008-ci ildə baş verib. Həmin vaxt digər ölkələr dünya maliyyə böhranı nəticəsində iqtisadiyyatlarının enişdə olduğunu bildirirdilər.

6. Azərbaycanın MDB ölkələri arasında ilk dəfə olaraq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının rəsmi donoru olması da ölkənin möhtəşəm uğurların biridir.

7. Azərbaycanın 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərini, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini istismara verməsi regionda yeni nəqliyyat dəhlizinin yaradılmasının təməlini qoyub.

Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu dəhlizinin tikintisinin 2014-cü ildə başa çatacağı gözlənilir. Bu layihə Böyük İpək yolunun dirçəlişinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Dəmir yolunun işə salınması təkcə Azərbaycanla Türkiyəni birbaşa deyil, həm də Mərkəzi Asiyadan keçməklə Londondan Çinədək uzanan Avropa dəmir yolu şəbəkəsini birləşdirməyə imkan verəcək. Son 10 il ərzində nəqliyyat sektorundan əldə edilən gəlirlər təqribən 6 dəfə artıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə nəqliyyatın inkişafı üzrə dövlət proqramı çərçivəsində son 8 ildə bu sahəyə yatırılan investisiyalar təqribən 14 milyard dollar təşkil edib və nəticədə minlərlə kilometr yol yenidən qurulub. Azərbaycanda yeni yollar, həmçinin yol qovşaqları, tunellər və körpülər tikilib.

8. Azərbaycan Xəzər qazının Avropa bazarlarına tədarükü məsələsi üzrə avropalı tərəfdaşlarının uzunmüddətli tərəddüdlərinə son qoydu. Bakı və Ankara arasında "Trans-Anadolu" qaz kəmərinin (TANAP) tikintisi haqqında sazişin imzalanması "Cənub Qaz Dəhlizi"nin yaradılmasında dönüş nöqtəsi oldu. Bu yaxınlarda "Şahdəniz" konsorsiumunun səhmdarları Azərbaycan qazının Türkiyədən Avropa İttifaqı ölkələrinə nəqli üçün "Trans-Adriatik" qaz kəmərinin (TAP) tikintisini bəyəndi. Bununla da Azərbaycan əslində Avropa İttifaqının enerji təhlükəsizliyinin başlıca qarantı oldu.

9. Azərbaycan son illər ərzində regional miqyaslı iri investora çevrilib. Qarşıdakı illərdə təkcə Türkiyə iqtisadiyyatına 17 milyard dollar həcmində Azərbaycan investisiyası yatırılacaq. Azərbaycan, həmçinin Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə ikinci yeri tutur.

10. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən turizm sektoruna malikdir, bu sahənin ölkə ÜDM-də payı iki dəfə artıb. 2012-ci ildə ölkədə 515 hotel fəaliyyət göstərib. Azərbaycanda hotellərin sayı daim artır və təkcə 2011-2013-cü illərdə Bakıda 8 beşulduzlu hotel (Hilton, JW Marriott, Kempinski, Fairmont, Excelsior, Four Seasons, Sheraton və Jumeirah) açılıb. Ölkəyə gələn turistlərin sayı son 6 ildə 3 dəfə artaraq ildə 2 milyon nəfərə çatıb.

11. Azərbaycanda iri qaz həcmlərinin SSRİ dövründən hasil edilməsinə baxmayaraq, ölkənin bölgələri "mavi yanacaq"la təmin edilmirdi. Hazırda Azərbaycanda abonentlərin 95 faizi qazla təmin edilib.

12. 2013-cü ilin sonuna Azərbaycanda bütün bölgələrin su təchizatı problemi tam həll ediləcək. Cari ilin sonuna bütün iri yaşayış məntəqələri və regional mərkəzlər su ilə təmin ediləcək ki, bu da 50 il müddətində aktual olan bu problemi gündəlikdən tam çıxaracaq.

13. Son 10 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Olimpiya hərəkatı geniş vüsət alıb. Azərbaycan idmançılarının qazandığı medalların sayı artıb. Ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı tarixi qərar qəbul etdi. Həmin oyunlarda Avropanın təqribən 49 ölkəsindən idmançıların iştirak edəcəyi gözlənilir. Bu ölkələri təqribən 15 min idmançı 20 idman növündə təmsil edəcək.

14. 2011-ci ilin oktyabrında Azərbaycan tarixi ərzində ilk dəfə olaraq dünyanın 155 ölkəsindən dəstək almaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Prezident İlham Əliyev erməni işğalı nəticəsində 1 milyon qaçqını olan və ərazisinin 20 faizini itirmiş ölkədə iqtisadi möcüzənin yaradıcısı oldu. Prezident İlham Əliyev Azərbaycanı sənaye cəhətdən inkişaf edən regional dövlətə və sabit ölkəyə çevirdi.

Hazırda Azərbaycan bütün problemlərin bilik və intellektin köməyi ilə həll edildiyi nümunəvi cəmiyyətə çevrilir. Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının dinamik inkişafı üzrə konkret planları var. 2013-cü ilin sonuna "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci hissəsi yekunlaşacaq. Azərbaycanın 2014-cü il üçün yeni maliyyə proqramının ölkənin iqtisadi potensialının artımını sürətləndirəcəyi və Azərbaycan Prezidentinin öz xalqı üçün müasir arxitektura, çağdaş həyat tərzi və yüksək mədəniyyətə sadiqlik kimi yeni prioritetlər müəyyənləşdirəcəyi gözlənilir. İlham Əliyev bildirib: "Məqsədimiz gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr siyahısına daxil olmasından ibarətdir. Və mən əminəm ki, bu baş verəcək, çünki bunu etməyə hər cür imkanımız var. Xüsusilə, bu imkanlar istedadlı insanlar, iqtisadi potensial, təbii resurslar və coğrafi mövqeyimizdir. Şəffaflıq artıq təmin edilib və siyasi islahatlar artıq aparılır".

"Total Politics" Böyük Britaniya hökumətində bütün səviyyələrdə oxunan yeganə jurnaldır. Jurnal bu ölkənin ictimai rəyini formalaşdıran siyasətçilər və nüfuzlu şəxsləri arasında ən çox oxunan nəşrlərdən biridir.

"Total Politics" naşir Leyn Deylin əsəridir. O, jurnalı siyasət və siyasi proseslər haqqında müsbət təəssüratların formalaşdırılması üçün ərsəyə gətirib. L.Deylin böyük siyasi və naşirlik təcrübəsi var. Onun Britaniyanın indiki hökumətinin nazirləri, ölkənin "kölgə" Nazirlər Kabinetinin üzvləri, nüfuzlu siyasətçilər, parlament üzvləri və Britaniya jurnalistikasının qabaqcıl nümayəndələri ilə də sıx əlaqələri var. L.Deylin təcrübəsi və əlaqələri ona nüfuzlu şəxslərlə mühüm müsahibələr aparmaq imkanı verir.

Ölkə parlamentinin üzvləri arasında sorğu keçirən, Böyük Britaniyanın ictimai rəyin öyrənilməsi sahəsində qabaqcıl araşdırma şirkəti olan "IpsosMORI" 2011-ci ilin yayında jurnalı aşağıdakı nominasiyalarda ən yaxşı nəşr kimi tanıyıb: "Mütləq oxunmalı", "Nüfuzlu məqalə", "Böyük Britaniyada liderlik edən siyasi məqalə" və "İlk növbədə oxunmalı nəşr".

"Total Politics"in 20 mindən çox oxucusu, həmçinin elektron paylaşımı var.

İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
Loading Bars
Xəbər lenti
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Bütün xəbərlər