...

Zakir Qaralov: Əflan İbrahimovun Milli Şura ilə bağlı müraciəti əsasında araşdırmalar davam etdirilir

Siyasət Materials 1 Oktyabr 2013 11:12 (UTC +04:00)
“EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdir.
Zakir Qaralov: Əflan İbrahimovun Milli Şura ilə bağlı müraciəti əsasında araşdırmalar davam etdirilir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

"EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror deyib ki, məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırmalar davam etdirilir: "Bildirmək istəyirəm ki, baş verə biləcək istənilən qanunazidd hərəkətlərin qarşısı qanun çərçivəsində tam qətiyyətlə alınacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti