...

ABŞ Dövlət Departamenti: İran beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı narahatlığını azaltmağa hazır olduğunu göstərməlidir

Siyasət Materials 4 Oktyabr 2013 09:37 (UTC +04:00)
Rəsmi Tehran beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığını azaltmağa hazır olduğunu nümayiş etdirməlidir. Bu barədə cümə axşamı Trend-ə ABŞ Dövlət Departamentinin nümayəndəsi Alan Eyr deyib
ABŞ Dövlət Departamenti: İran beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı narahatlığını azaltmağa hazır olduğunu göstərməlidir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbirlər A.Bədəlova, D.Xatınoğlu/

Rəsmi Tehran beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığını azaltmağa hazır olduğunu nümayiş etdirməlidir. Bu barədə cümə axşamı Trend-ə ABŞ Dövlət Departamentinin nümayəndəsi Alan Eyr deyib.

A.Eyr bildirib: "Biz şadıq ki, ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə məsələsi üzrə narahatlığın azaldılması ilə əlaqədar indiki prosesin davam etdirilməsi barədə razılığa gəliblər".

Onun sözlərinə görə, C.Kerri və M.C.Zərifin ABŞ Prezidenti Barak Obamanın BMT-də çıxışı zamanı bəhs etdiyi "yol xəritəsi"ni müzakirə etmək imkanları olub.

Dövlət Departamentinin nümayəndəsi deyib: "Kerrinin bildirdiyi kimi, İranın danışıq tonunu dəyişdirməsi ölkənin nüvə proqramı ilə bağlı suallara cavab verməyə kifayət etmir. Buna görə də beynəlxalq ictimaiyyətin narahatlığını aradan qaldırmaq üzrə əhəmiyyətli nəticə əldə etmək üçün səyləri davam etdirməliyik".

A.Eyrin sözlərinə görə, B.Obama C.Kerriyə ABŞ tərəfindən nüvə problemi üzrə danışıqları idarə etmək tapşırığı verib: "Kerri bu məsələ üzrə Aİ, Rusiya və Çinlə sıx əməkdaşlıq çərçivəsində işləyir".

O deyib: "Obama qeyd edib ki, ABŞ və İranda olan qeyri-müəyyənlik və şübhələri nəzərə alsaq, etimadsızlıqdan yaxa qurtarmaq asan olmayacaq. ABŞ oktyabrın 15-16-da Cenevrdədə keçiriləcək İran və "altlılıq" arasında görüşdən nəticələr əldə edilməsində maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti