...

Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək TürkPA-nın Beynəlxalq Müşahidəçilər missiyasının tərkibi açıqlandı

Siyasət Materials 8 Oktyabr 2013 12:05 (UTC +04:00)
TürkPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək TürkPA-nın Beynəlxalq Müşahidəçilər missiyasının tərkibi açıqlandı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

TürkPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

TürkPA-dan Trend-ə verilən məlumata görə, beynəlxalq müşahidəçilər missiyası 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin millət vəkilləri və TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları daxildir.

Müşahidəçilər missiyası məntəqələrdəki seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcək.

Oktyabrın 10-da isə TürkPA missiyasının seçkilərin yekununa dair rəsmi hesabatı təqdim ediləcək.

Bakıda olduğu müddətdə TürkPA nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti