...

Yunanıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edildi

Siyasət Materials 9 Oktyabr 2013 20:06 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edildi. Bu barədə çərşənbə günü Trend-ə Yunanıstandan olan müşahidəçi, bu ölkənin parlament sədrinin sabiq müavini Yelisaveta Papadimitriu deyib:
Yunanıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edildi

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Bədəlova/

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edildi. Bu barədə çərşənbə günü Trend-ə Yunanıstandan olan müşahidəçi, bu ölkənin parlament sədrinin sabiq müavini xanım Yelisaveta Papadimitriu deyib:

"Seçkilərdə müşahidə sahəsində böyük təcrübəm var. Yalnız onu deyə bilərəm ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçirildi. Hər şey yaxşı təşkil edilmişdi. Azərbaycan xalqını seçkilərin belə təşkil edilməsinə görə təbrik etmək istəyirəm".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti