Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda prezident seçkiləri azad, açıq, rəqabətli olub və hamı tərəfindən tanınan beynəlxalq normalara uyğun keçirilib. Trend-in məlumatına görə, bu barədə Ukrayna Ali Radasının (parlament) müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilər zamanı müşahidələrin nəticələri üzrə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, seçkilər Azərbaycan Konstitusiyasına və ölkənin seçki qanunvericiliyinə uyğun keçirilib: "Dövlət və yerli özünüidarə orqanları, ölkənin seçki komissiyaları seçicilərin azad şəkildə iradəsini bildirmə hüququnu təmin edən praktiki tədbirlər həyata keçiriblər".
Qeyd olunur ki, aparılan monitorinq zamanı (missiya 10 seçki məntəqəsində olub) səsvermənin nəticəsinə təsir gösətərə biləcək nöqsan aşkar edilməyib:
"Bundan başqa, müşahidələrin aparıldığı məntəqələrdə səslərin hesablanması proseduru qüvvədə olan qanunvericiliyə uyğun və açıq keçirilib".
Missiya seçki məntəqələrinin seçkilərin keçirilməsi və hazırlıq üzrə məqsədli və səmərəli işini qeyd edir və təsdiq edir ki, Azərbaycan Prezidenti seçkilərinin legitimliyini şübhə altına alacaq hər hansı fakt aşkarlanmayıb.