...

Beynəlxalq müşahidəçi: Azərbaycanda demokratiyanın göstəricisi gənclərin prezident seçkilərində fəal iştirakıdır

Siyasət Materials 10 Oktyabr 2013 11:41 (UTC +04:00)
Azərbaycanda demokratiyanın göstəricisi gənclərin prezident seçkilərində fəal iştirakıdır.
Beynəlxalq müşahidəçi: Azərbaycanda demokratiyanın göstəricisi gənclərin prezident seçkilərində fəal iştirakıdır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda demokratiyanın göstəricisi gənclərin prezident seçkilərində fəal şəkildə iştirakıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar Təşkilatının (CAPTİ) üzvü Muhammad Jusuf Kalla bildirib.

Onun sözlərinə görə, ölkədə seçkilər yüksək şəffaflıq və dinc şəraitdə keçirilib: "Seçki məntəqələrində biz heç bir təzyiq müşahidə etməmişik".

Kalla bildirib ki, səsvermə prosesində həm seçicilər, həm də yerli müşahidəçilər də daxil olmaqla missiyalar sərbəst şəkildə iştirak edə bilirdilər.

Kalla vurğulayıb: "Biz seçicilərin qarşılaşa biləcəyi heç bir problem və qanun pozuntusu müşahidə etməmişik".

Mətbuat konfransı zamanı vurğulanıb ki, Azərbaycan böyük iqtisadi göstəricilərə nail olub və bu da ölkə tərəfindən seçilən düzgün iqtisadi siyasətin nəticəsidir.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti