...

Rusiyada yerli məmurların millətlərarası münaqişələrə görə məsuliyyətini müəyyənləşdirən qanun qüvvəyə mindi

Siyasət Materials 22 Oktyabr 2013 15:32 (UTC +04:00)
Rusiyada millətlərarası münaqişələrə görə regional məmurların məsuliyyəti haqqında qanun artıq bu gün qüvvəyə minib.
Rusiyada yerli məmurların millətlərarası münaqişələrə görə məsuliyyətini müəyyənləşdirən qanun qüvvəyə mindi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Rusiyada millətlərarası münaqişələrə görə regional məmurların məsuliyyəti haqqında qanun artıq bu gün qüvvəyə minib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin yerli hakimiyyətə millətlərarası münasibətlər, millətlərarası və dinlərarası həmrəyliyin möhkəmləndirilməsi, milli, dil və dini mənsubiyyətə görə diskriminasiyanın qarşısının alınması üzrə səlahiyyətlər verən qanunu imzalayıb.

Bu sənədə əsasən, yerli icra hakimiyyəti millətlərarası münaqişənin qarşısını almamağa görə istefaya göndərilə bilər.

Sənəddə vurğulanır: "Bu federal qanun rəsmi şəkildə dərc olunmasından sonra qüvvəyə minir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti