...

İlham Əliyev Türkmənistan və Çexiya prezidentlərini təbrik edib

Siyasət Materials 26 Oktyabr 2013 17:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Türkmənistan və Çexiya prezidentlərini təbrik edib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında tarixən təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycanın dövlət başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanı da təbrik edib.

Məktubda bildirilir: "Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik".

İlham Əliyev Miloş Zemana möhkəm cansağlığı, işlərində uğurlar, Çex Respublikasının dost xalqına daim sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti