...

ABŞ-da Senat komitəsi MTA-nın fəaliyyətinə yenidən baxılmasına çağırış edib

Siyasət Materials 30 Oktyabr 2013 05:03 (UTC +04:00)
ABŞ-da Senatın rəşfiyyat üzrə komitəsinin sədri Diana Feyşteyn ölkənin Milli Təhlükəsizlik Agentliyinin (MTA) fəaliyyətinə yenidən baxılmasına çağırış edib.
ABŞ-da Senat komitəsi MTA-nın fəaliyyətinə yenidən baxılmasına çağırış edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

ABŞ-da Senatın rəşfiyyat üzrə komitəsinin sədri Diana Feyşteyn ölkənin Milli Təhlükəsizlik Agentliyinin (MTA) fəaliyyətinə yenidən baxılmasına çağırış edib.

Trend-in RBK-ya istinadın verdiyi məlumata görə, xarici ölkələrin və ABŞ vətəndaşlarının izlənilməsi və onlar haqqında informasiyaların toplanılması haqqında da təkliflər irəli sürülüb.

"Əgər ABŞ hansısa ölkə ilə müharibə vəziyyətində deyilsə, o zaman xüsusi xidmət orqanlarının əməkdaşları həmin dövlətlərin vətəndaşlarını izləməməlidir.

Düşünürəm ki, ABŞ dost ölkələrin rəhbərlərinin telefonunu dinləməməli və onların poçtlarına baxmamalıdır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti