...

İSESCO rəhbəri dünyada hərbi əməliyyatları dayandırmağa çağırır

Siyasət Materials 1 Noyabr 2013 11:39 (UTC +04:00)
İSESCO rəhbəri dünyada hərbi əməliyyatları dayandırmağa çağırır.
İSESCO rəhbəri dünyada hərbi əməliyyatları dayandırmağa çağırır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir V. Javoronkova/

İSESCO rəhbəri dünyada hərbi əməliyyatları dayandırmağa çağırır.

Trend-in məlumatına görə, Abdül Əziz bin Osman əl-Tuveycri cümə günü III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda keçirilən dəyirmi masada deyib: "Başqasının tanınması onun hüquqlarının, eyniliklərinin tanınması deməkdir və biz bu mədəniyyətin yayılmasına ehtiyac duyuruq. Biz dünyada hərbi əməliyyatları dayandırmalıyıq. Güc müvəqqəti mövqedir və biz həqiqətin üzərində gücün tərifini göylərə qaldırmamalıyıq".

Baş katib, həmçinin qeyd edib ki, bu gün dünyada çoxlu sayda insan həlak olur, həmçinin insanlar evlərindən məhrum edilir, qaçqın olurlar.

Əl-Tuveycri deyib: "Əgər bunu dayandırmasaq, dünya cəngəlliyə çevrilə bilər və bu forum həmin problemləri müzakirə etmək imkanı verə bilər".

Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

бря / корр. Trend В. Жаворонкова /

Глава İSESCO призывает приостановить военные действия в мире.

"Признание другого означает признание его прав, идентичности, и мы нуждаемся в распространении этой культуры. Мы должны приостановить военные действия в мире. Сила - это временная позиция, и мы не должны превозносить силу над правдой", - сказал генсек İSESCO Абдульазиз бин Осман аль-Тувейджри в пятницу в Баку в ходе "круглого стола" на тему "Мультикультурализм и самобытность: в поисках ценностного согласия в обществе", организованном в рамках III Бакинского международного гуманитарного форума.

Также он отметил, что сегодня в мире гибнет множество людей, также люди лишаются домов, становятся беженцами.

"Если не остановить это, мир может превратиться в джунгли, и данный форум может предоставить возможность обсудить эти проблемы", - сказал аль-Тувейджри.

III Бакинский международный гуманитарный форум проходит в столице Азербайджана 31 октября-первого ноября. В нем принимают участие гости из более 70 стран мира.

В рамках двухдневного форума будут организованы "круглые столы" по восьми направлениям: Конвергенция технологий и очертания будущего: основные вызовы 21-го века; Гуманитарные аспекты экономического развития; научные инновации и их трансферт в сферу образования; Мультикультурализм и самобытность: в поисках ценностного согласия в обществе; Национальная идентичность в эпоху постмодерна; Устойчивое развитие и экологическая цивилизация; Достижения молекулярной биологии и биотехнологии: от теории к практике; Актуальные вопросы медиа в условиях глобализации информационного пространства.

Бакинский международный гуманитарный форум - это ежегодное мероприятие выдающихся представителей политической, научной и культурной элиты мирового сообщества, включая известных государственных деятелей, лауреатов Нобелевских премий по различным отраслям науки и руководителей влиятельных международных организаций, целью которого является проведение диалогов, обменов мнениями и обсуждений по широкому спектру вопросов глобального характера, представляющих интерес для всего человечества.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti