...

Gürcüstan Prezidenti Qaribaşvilini Baş nazir vəzifəsinə təyin edib

Siyasət Materials 21 Noyabr 2013 08:47 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilinin ölkənin Baş naziri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.
Gürcüstan Prezidenti Qaribaşvilini Baş nazir vəzifəsinə təyin edib

Gürcüstan, Tbilisi, 21 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilinin ölkənin Baş naziri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, çərşənbə günü gecə parlament tərəfindən Nazirlər Kabinetinə etimad rəyinin elan edilməsindən sonra G.Marqvelaşvili fərman imzalayaraq İ.Qaribaşvilini onun hökumətinin etimad rəyi qazanması münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 18-də İ.Qaribaşvili rəsmən Gürcüstanın Baş naziri vəzifəsinə yeganə namizəd kimi irəli sürülüb.

Gürcüstan parlamenti noyabrın 20-də növbədənkənar iclasında hökumətə etimad rəyi verib.

Xəbər lenti

Xəbər lenti