...

Strasburqda "Şərq tərəfdaşlığı" ölkələrində seçki sisteminin təkmilləşdirilməsi imkanları müzakirə olunacaq

Siyasət Materials 22 Noyabr 2013 11:27 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" ölkələrində seçki sisteminin təkmilləşdirilməsi imkanları Strasburqda müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Venesiya Komissiyasının rəsmi saytı xəbər verir.
Strasburqda "Şərq tərəfdaşlığı" ölkələrində seçki sisteminin təkmilləşdirilməsi imkanları müzakirə olunacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Əhmədova/

"Şərq tərəfdaşlığı" ölkələrində seçki sisteminin təkmilləşdirilməsi imkanları Strasburqda müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Venesiya Komissiyasının rəsmi saytı xəbər verir.

İştirakçı ölkələrin Mərkəzi Seçki komissiyalarının nümayəndələri və seçki ekspertləri arasında təcrübə mübadiləsi aparılacaq, seçki müşahidəçilərinin təlimində seçki komissiyalarının rolu, onların funksiyalarının inkişafı, seçki komissiyalarında müşahidəçilərlə bağlı qarşıya çıxan praktiki çətinliklər və suallar müzakirə ediləcək.

Qeyd edək ki, seminar Venesiya Komissiyası tərəfindən noyabrın 25-26-da keçiriləcək.

Seminarda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın Mərkəzi Seçki komissiyalarının, həmçinin Avropa Şurasının Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti