...

Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər

Siyasət Materials 30 Noyabr 2013 11:23 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri dekabr ayında NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri dekabr ayında NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan hərbçiləri dekabrın 10-12-də Finlyandiyanın Tusula şəhərində keçiriləcək NATO-nun və tərəfdaş ölkələrin Arxa Cəbhə idarəsi ekspertlərinin daimi qrupunun işçi görüşündə iştirak edəcəklər.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin dekabrın 10-13-də İstanbulda keçiriləcək NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma İşçi görüşündə iştirak edəcəklər.

Hər iki görüşdə Azərbaycan və NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti