Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Rusiya Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətindədir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Rusiya regionlararası forumunda bəyan edib:
"Cənubi Qafqaza gəlincə, Rusiya buradan heç vaxt getməyə hazırlaşmayıb. Əksinə, biz Cənubi Qafqazda mövqelərimizi möhkənləndirməyə hazırlaşırıq".
Prezident bildirib: "Əcdadlarımızdan bizə qalan ən yaxşılara, həmçinin regionun bütün ölkələri ilə mehriban münasibətlərə əsaslanaraq bu regionda mövqelərimizi möhkəmləndirəcəyik".