...

İlham Əliyev Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu sədrini qəbul edib

Siyasət Materials 10 Dekabr 2013 18:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu sədrini qəbul edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əbdüllətif Əhməd Əl-Osman İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əbdüllətif Əhməd Əl-Osman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını dedi. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən qonaq bu münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bu əməkdaşlığın böyük potensiala malik olduğunu dedi və bu istiqamətdə mühüm irəliləyişlər əldə ediləcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti