...

Aydın Mirzəzadə: İdarəetmənin təkmilləşdirilməsi üzrə aparılan işlər Azərbaycanda korrupsiya ilə mübarizəni səmərəli edir

Siyasət Materials 10 Yanvar 2014 16:31 (UTC +04:00)
"Cənab Prezident əvvəlki illərdə olduğu kimi, bu dəfə də korrupsiya ilə ciddi mübarizə aparmağın vacibliyini vurğuladı və bildirdi ki, belə adamlar ifşa olunmalı, onların fəaliyyətini azaldacaq tədbirlər görmək lazımdır. Yəni bu artıq dövlət başçısının timsalında Azərbaycan dövlətinin kristal mövqeyidir".
Aydın Mirzəzadə: İdarəetmənin təkmilləşdirilməsi üzrə aparılan işlər Azərbaycanda korrupsiya ilə mübarizəni səmərəli edir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Cənab Prezident əvvəlki illərdə olduğu kimi, bu dəfə də korrupsiya ilə ciddi mübarizə aparmağın vacibliyini vurğuladı və bildirdi ki, belə adamlar ifşa olunmalı, onların fəaliyyətini azaldacaq tədbirlər görmək lazımdır. Yəni bu artıq dövlət başçısının timsalında Azərbaycan dövlətinin kristal mövqeyidir". Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.

A.Mirzəzadə bildirib ki, bu, sadəcə olaraq çağırış deyil və Azərbaycan üçün yeni bir siyasətdir: "Bu siyasət Azərbaycanda çoxdandır var və bu istiqamətdə çox ciddi işlər görülür. Korrupsiya və rüşvətxorluqla mübarizə adətən iki istiqamətdə aparılır. Əgər bunlardan biri sadəcə olaraq elə adamların üzə çıxarılıb onlara layiqli cəza verilməsidirsə, digəri isə ondan əvvəl elə bir sistemin yaradılmasıdır ki, korrupsiya artıq qeyri-mümkün olsun. Hesab edirəm ki, bu istiqamət, Azərbaycanda idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbulun test üsulu ilə həyata keçirilməsi və ən layiqlilərinin dövlət qulluğuna götürülməsi, kadrların vaxtaşırı rotasiyası məhz buna xidmət edən məsələlərdəndir. Son dövrlərdə Azərbaycanda "ASAN xidmət" sisteminin yaradılması da korrupsiya ilə mübarizənin effektiv yollarından hesab edilə bilər. Bu sistem artıq Azərbaycanın brendinə çevrilib və bir çox xarici ölkələr bununla maraqlanır, bunu öz ölkələrində tətbiq etmək istəyirlər".

Onun sözlərinə görə, ümumilikdə həm idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aparılan işlər, həm də kadrlara olan ciddi tələbat Azərbaycanda korrupsiya ilə mübarizəni səmərəli edir. Eyni zamanda, Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, mətbuatın bütün məsələlərə operativ şəkildə toxuna bilməsi, ənənəvi televiziya ilə yanaşı, internet telekanallarının yaranması ona gətirib çıxarır ki, vətəndaş qarşılaşdığı problemin qısa bir zamanda həllinə nail ola bilir, həmçinin dövlətin dövlət büdcəsindən səmərəli, vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etdiyi barədə məlumat almış olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti