...

Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər

Siyasət Materials 23 Yanvar 2014 12:29 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi ilə bağlı qarşılıqlı müzakirələr aparılır.
Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi ilə bağlı qarşılıqlı müzakirələr aparılır. Trend xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu deyib.

O bildirib: "Biz Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün əlimizdən gələni edirik və qarşılıqlı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atılıb. Hazırda Türkiyədə səhiyyə sistemində işləyən azərbaycanlılar var".

Kumbuzoğlu qeyd edib ki, Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti