...

XİN: "Freedom House"un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində Yerevanın yaratdığı qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir

Siyasət Materials 25 Yanvar 2014 14:16 (UTC +04:00)
"Freedom House"un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir.
XİN: "Freedom House"un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində Yerevanın yaratdığı qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

"Freedom House"un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib.

E.Abdullayev qeyd edib: "Özünü insan hüquqlarının və fundamental azadlıqların "keşikçisi" kimi təqdim etməyə çalışan "Freedom House" təşkilatının Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi "qiymətləndirilmə cədvəli"nə daxil etməsi bu təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyünü qabarıq şəkildə büruzə verir".

Onun sözlərinə görə, bu cür yanaşma ilə "Freedom House" təkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti