...

Azərbaycanda dövlət büdcəsi hesabına verilmiş qrant barədə məlumat qrant qərarını qeydə alan orqana donor tərəfindən təqdim olunacaq

Siyasət Materials 3 Fevral 2014 18:06 (UTC +04:00)
Prezident İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Azərbaycanda dövlət büdcəsi hesabına verilmiş qrant barədə məlumat qrant qərarını qeydə alan orqana donor tərəfindən təqdim olunacaq

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Prezident İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 4-cü maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilir:

"4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.".

4-cü maddəyə aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilir:

"4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti