...

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-yə sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Fevral 2014 12:17 (UTC +04:00)
Trend-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-yə sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

İlk xəbər fevralın 14-ü saat 19:41-də yayılıb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib. Trend-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən, Samir Dönməz oğlu Cəfərov "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri almışdır. Moskva Dövlət Universitetində elmi işlə məşğul olmuşdur. Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışmış, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurmuş, sahibkarlıqla məşğul olmuşdur.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti