...

Müsavat Partiyasının gənclər təşkilatında baş verən proseslərlə bağlı iddia

Siyasət Materials 17 Fevral 2014 16:12 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı gənclər təşkilatı üzərində monopoliyasını qurmağa çalışır. Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən, Müsavat Partiyasına yaxın mənbə partiyanın gənclər təşkilatında yaranan gərginliyi şərh edərkən deyib.
Müsavat Partiyasının gənclər təşkilatında baş verən proseslərlə bağlı iddia

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı gənclər təşkilatı üzərində monopoliyasını qurmağa çalışır. Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən, Müsavat Partiyasına yaxın mənbə partiyanın gənclər təşkilatında yaranan gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, A.Hacılı bir dəstəni müdafiə edir və həmin dəstə də onun gələcək başqanlığını müdafiə etməlidir: "Arif Hacılının vaxtilə müdafiə etdiyi Müsavat Partiyası gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı indi partiya Divanının üzvüdür və Arif Hacılı ilə başqanlıq yarışında yarışmaq istəyir və bu səbəbdən də bu cür ciddi bölünmələr gedir".

Mənbə qeyd edib ki, bunlar həm alternativ gənclər təşkilatı yaradırlar, həm də Tural Abbaslının başqanlıq uğrunda mübarizə kampaniyasını aparırlar: "Bütün bunların hamısı başqanlıq uğrunda mübarizədən və partiyanın gəncləşdirilməsi zərurətindən irəli gəlir. Gənclər partiyanın sükanını ələ keçirmək istəyirlər".

O, əlavə edib ki, bu yaxınlarda jurnalist Xədicə İsmayılovanın yaydığı bildirilən kompromatlar da partiya daxilində böyük qalmaqala səbəb oldu: "Bu faktordan bir-birinə qarşı, o cümlədən Arif Hacılı və İsa Qəmbərə qarşı istifadə edirlər. Yəni partiyada ildırım sürətilə kompromat müharibə yayılır və rayon təşkilatlarını da bürüməkdədir".

Qeyd edək ki, Müsavat Partiyası gənclər təşkilatının qərarı ilə 8 nəfər təşkilatdan kənarlaşdırılıb. Nəticədə gənclər təşkilatıın sədrliyinə namizəd olmuş Rüfət Hacıbəyli və hazırkı sədr Əhliman Abbasın tərəfdarları arasında qalmaqal yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti