Azərbaycan, Bakı, 10 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da ABŞ-ın Nyu-York şəhərində yerləşən Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı mövcud vəziyyət, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələlərİ ətrafında fikir mübadiləsi aparıldı.