...

Abdullah Gül: Krımdakı vəziyyət yeni soyuq müharibənin başlamasına təkan verəcək

Siyasət Materials 19 Mart 2014 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir R.Hafizoğlu/

Krımda yaranmış vəziyyət yeni soyuq müharibənin başlamasına təkan verəcək. Bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin İHA agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, soyuq müharibənin başlanacağı halda heç bir tərəf bundan fayda görməyəcək.

Qeyd edək ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti