...

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə Twitter-ə girişə qadağanın aradan qaldırılması barədə qərar qəbul edib

Siyasət Materials 2 Aprel 2014 20:26 (UTC +04:00)
Türkiyə Konstitusiya Məhkəməsi ölkədə “Twitter” sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.
Türkiyə Konstitusiya Məhkəməsi ölkədə Twitter-ə girişə qadağanın aradan qaldırılması barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə ölkədə Twitter-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə qərar müvafiq dövlət qurumlarına göndərib.

Xatırladaq ki, martın 21-dən Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti