...

Ukrayna parlamenti ölkənin şərqində keçirilən güc əməliyyatlarını dəstəkləyib

Siyasət Materials 16 Aprel 2014 16:18 (UTC +04:00)
Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib.
Ukrayna parlamenti ölkənin şərqində keçirilən güc əməliyyatlarını dəstəkləyib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib. Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Baş nazirin birinci müavini Vitali Yarema parlamentin güc nazirlikləri rəhbərlərinin iştirakı ilə keçirilən qapalı iclasından sonra bəyan edib.

V.Yarema deyib ki, bu gün Ukraynanın şərqində asayişin və ölkəmizin bütövlüyünün təmin olunması məqsədi ilə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və bütün güc strukturları tərəfindən keçirilən əməliyyatların dəstəklənməsi haqqında qərar qəbul edib".

Xatırladaq ki, son günlər Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqanskda federallaşma tərəfdarlarının mitinqləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti