...

Rusiya HDD-nin Xəzər flotiliyası iyula qədər iki raket gəmisi ilə təchiz olunacaq

Siyasət Materials 30 Aprel 2014 16:05 (UTC +04:00)
Ən yeni iki kiçik raket gəmisi "Qrad Sviyajsk" və "Uqliç" (21631 "Buyan-М" layihəsi) sınaqdan uğurla keçirilib və iyulun sonunadək Xəzər gəmi dəstəsinin hərbi heyətinə daxil ediləcək.
Rusiya HDD-nin Xəzər flotiliyası iyula qədər iki raket gəmisi ilə təchiz olunacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Ən yeni iki kiçik raket gəmisi "Qrad Sviyajsk" və "Uqliç" (21631 "Buyan-М" layihəsi) sınaqdan uğurla keçirilib və iyulun sonunadək Xəzər gəmi dəstəsinin hərbi heyətinə daxil ediləcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Cənub Hərbi Dairənin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əvvəl Birləşmiş Gəmiqayırma Korporasiyasının departamentinin direktoru Anatoli Şlemov bəyan edib ki, Rusiya Hərbi Dəniz Donanması (HDD) 2014-cü ildə 10 döyüş gəmisi alacaq.

Agentliyin müsahibi bildirib: "Ən yeni kiçik raket gəmilərinin ekipajları yeni gəmilərin dövlət sınağının son mərhələsi olan dəniz və hava hədəflərinin imitatorları üzrə yoxlama artilleriya atəşini uğurla icra ediblər. Bu iki gəminin HDD-nin tərkibinə daxil edilməsi 2014-cü ilin birinci yarısının sonuna planlaşdırılıb. Ehtimal ki, iyulun 1-nə qədər onlar Xəzər flotiliyasının tərkibinə qəbul ediləcəklər".

O dəqiqləşdirib ki, bu, Xəzər flotiliyasının tərkibində bu tipdən olan ilk gəmilərdir: "İlin sonuna kimi Xəzər flotiliyasının tərkibində daha bir gəmi, 2020-ci ilədək isə altı belə gəmi olacaq".

21631 "Buyan-M" layihəsinin gəmiləri 21630 "Buyan" layihəsinin müasirləşdirilmiş versiyasıdır və Volqa çayının və Xəzər dənizinin kiçik dərinliklərini nəzərə alaraq Xəzər flotiliyası üçün xüsusi olaraq layihələşdirilib və tikilib. Öz prototiplərindən fərqli olaraq, yeni gəmilər ən böyük su basımına malikdir və həm dəniz, həm də sahil hədəflərinin vurulması üçün nəzərdə tutulmuş "Kalibr-NK" uzaq məsafəli ən yeni yüksək dəqiqliyə malik raket silahı ilə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti